“Taxıl sazişi”nin müddəti uzadılacaq? – Rusiya narazıdır

13-03-2023, 10:04           
“Taxıl sazişi”nin müddəti uzadılacaq? –
Zaxarova: “Hazırda “Taxıl sazişi” yalnız Ukrayna üçün effektiv şəkildə icra olunur”

“Hazırda “Taxıl sazişi” yalnız Ukrayna üçün effektiv şəkildə həyata keçirilir və Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracı Qərbin birtərəfli sanksiyaları səbəbindən əngəllənir”. AYNA Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalına istinadən bildirir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova sövdələşmənin müddətinin uzadılması ilə bağlı danışıqlara dair sualı cavablandırarkən deyib.

“Müxtəlif tərəflərin, o cümlədən Kiyev rejiminin sazişlə bağlı 120 günlük ikinci müddət martın 18-də başa çatacaq. “Taxıl sazişi”nin uzadılması ilə bağlı Qara Dəniz Təşəbbüsünün bəyanatlarından xəbərimiz var”, - diplomat bildirib.

Eyni zamanda, Zaxarova bu məsələ ilə bağlı Moskvanın iştirakı ilə danışıqların aparılmadığını vurğulayıb.

XİN rəsmisi bildirib ki, Rusiyanın sövdələşmənin uzadılması ilə bağlı mövqeyi məlumdur və dəyişməyib: “Biz bildiririk ki, indiyədək yalnız Ukrayna üçün bu saziş effektiv şəkildə həyata keçirilib. Qərbin birtərəfli sanksiyaları nəticəsində Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı əngəllənməkdə davam edir”.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Halusi Akar “Taxıl sazişi”nin uzadılmasına əminliyini ifadə edib. Nazirin sözlərinə görə, Türkiyə tərəflərin sazişin uzadılmasına müsbət yanaşmasını gördüyü üçün danışıqlar prosesinin müsbət yekunlaşacağına inanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.