"Avropalılar müstəqillik genini itiriblər" - Putin
15-03-2023, 08:53
"Avropanın nümayəndələri müstəqillik və suverenlik genini itiriblər. İndi nə qədər çox döyülürlərsə, bir o qədər əyilir və daha da gülümsəyir"
TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Əslində avropalılar, məncə, müstəqillik, suverenlik, milli maraq genini itiriblər. Nə qədər burnuna, ya da başının üstünə vururlarsa, bir o qədər əyilib gülümsəyirlər",- jurnalist Pavel Zarubin ilə müsahibəsində Putin qeyd edib.