Putinə qarşı hazırlanan şok təxribat - Ölüm-dirim savaşı başlayır
15-03-2023, 12:07
Rusiya prezidenti liberalların mümkün təxribatına hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Xazin bildirib.
Onun fikrincə, elitanın qərbyönlü nümayəndələri Vladimir Putinin yeni kursunun həyata keçirilməsini mümkün qədər ləngitmək üçün onun fərmanlarının icra müddətlərini pozmağa başlaya bilərlər.
Ekspert qeyd edib ki, Rusiya elitasının bir çox nümayəndəsi üçün vəziyyətin bu inkişafı son dərəcə əlverişsizdir.
“Rusiya Qərb qlobal sistemindən çıxsa, vəzifələrini itirəcəklər, çünki yeni şəraitdə Putin onları mütləq digər mütəxəssislərlə əvəz edəcək. Beləliklə, köhnə sistemin qorunub saxlanması liberallar üçün sağ qalmaq məsələsidir. Məhz bu səbəbdən onlar dövlət başçısının birbaşa göstərişlərini sabotaj etməklə, hakimiyyətdə qalmaq üçün sona qədər mübarizə aparacaqlar”, - deyə Xazin əlavə edib.