Putinin gəlib-gəlməyəcəyi bəlli deyil, Zelenski isə... - Hindistan “G20” sammitinə 43 dəvətnamə göndərib

16-03-2023, 08:04           
Putinin gəlib-gəlməyəcəyi bəlli deyil, Zelenski isə... -
Hindistan bu ölkədə keçiriləcək “G20” sammitinə 43 dəvətnamə göndərdiyini bəyan edib. “AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, dəvət olunan liderlərin 20-si təşkilata üzv ölkələrin başçıları, 9-u xüsusi dəvət olunan ölkə liderləri, 14-ü isə beynəlxalq qurumların rəhbərləridir.

Hindistanın sammitin təşkilinə görə cavabdeh olan rəsmisi Amitabx Kant dəvət olunanların hamısının sammitə qatılıb-qatılmayacağı barədə qəti fikir söyləyə bilməyəcəyini deyib. Ukrayna Prezidenti Volodimir Zelenskinin də sammitə dəvət olunmasının mümkünlüyü barədə suala cavab verən Hindistan rəsmisi deyib ki, bu barədə danışmaq hələ tezdir.

Vladimir Putinə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya başçısının sammitdə iştirakı istisna olunmur. Lakin hələlik bununla bağlı qəti qərar verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.