Ukraynalıların 85 faizi Prezidentə inanır - Reytinq siyahısında İkinci yeri tanınmış aktyor tutur

16-03-2023, 08:14           
Ukraynalıların 85 faizi Prezidentə inanır -
Ukraynada keçirilən son rəy sorğusu Prezident Volodimir Zelenskinin reytinqinin stabil yüksək olaraq qaldığını göstərib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, “Razumkov mərkəzi”nin işğal olunmuş ərazilər istisna olunmaqla, Ukrayna ərazisində keçirdiyi sorğunun nəticələrinə görə, ölkə əhalisinin 85 faizi Zelenskiyə inanır və etibar edir.

Maraqlıdır ki, reytinq siyahısında ikinci yerdə siyasətçi yox, ictimai fəal kimi tanınan aktyor Sergey Pritula qərarlaşıb. O, daha çox Ukrayna ordusuna olduqca uğurlu yardım kampaniyası təşkil etməsi ilə tanınıb.

Pritulaya rəyi soruşulanların 65 faizi səs verib. Üçüncü yerə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak layiq görülüb. Respondentlərin 60 faizi ona inandıqlarını deyiblər. Kiyev meri Vitali Kliçko 58 faiz səslə 4-ci yerdədir.

Tanınmış simalar arasında ən acınacaqlı reytinq Yuliya Timoşenkoya və rusiyapərəst OPZJ partiyasının sədri Yuri Boykoya aiddir. Ukraynalıların 76 faizi Timoşenkoya, 82 faizi isə Boykoya qətiyyən inanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru