"Ukraynaya qarşı vuruşan rus qoşununda suriyalıların olması mümkündür" - Bəşər Əsəd

17-03-2023, 00:03           
"Ukraynaya qarşı vuruşan rus qoşununda suriyalıların olması mümkündür" - Bəşər Əsəd
Suriya prezidenti Bəşər Əsəd bəzi suriyalıların Ukraynada Rusiya tərəfində döyüşdüyünü istisna etməyib.

Əsəd xatırladıb ki, Suriyada müharibə başlayanda təkcə suriyalılar arasından deyil, çoxlu rusiyalı könüllülər var idi.

"Suriya hökumətinə kömək etməyə çoxlu insanlar gəldi. Əgər Suriya könüllüləri Ukraynaya qarşı sizə kömək etsələr, hökumətin xətti ilə gəlməyəcəklər. Özbaşına gələcəklər və bunu siyasi göstərişlər olmadan edəcəklər. Mən bilirəm ki, bir çox suriyalı belə bir istək hiss edir",- deyə o, “Rossiya-1” telekanalında “Solovyov Live” verilişində bildirib.

"Ola bilsin ki, artıq orada bəzi könüllülər var. Bu barədə məlumatım yoxdur", - Əsəd vurğulayıb.

Suriya prezidentinin sözlərinə görə, rus ordusu Suriya ordusunu dəstəklədiyi kimi suriyalılar da Rusiya ordusunu dəstəkləyir.

O əlavə edib ki, respublika vətəndaşları yaxşı başa düşürlər ki, dost ölkə olan Rusiyanın qələbəsi Suriya xalqına kömək edəcək.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru