ABŞ-da yüksək inflyasiyanın əsas səbəbi açıqlanıb

17-03-2023, 10:48           
ABŞ-da yüksək inflyasiyanın əsas səbəbi açıqlanıb
“Amerika büdcəsinin ödənilməmiş xərcləri ölkədə inflyasiyanın əsas səbəblərindən biri deyil”. “Report” xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

ABŞ Senatının Maliyyə Komitəsinin dinləmələrində senator Ron Conson nazirdən “gəlirləri üstələyən nəhəng büdcə xərcləri, yüksək enerji qiymətləri və təchizat zəncirinin pozulması ABŞ-da inflyasiyasının əsas səbəbləridir?” soruşub.

Nazir isə senatorun sualına cavabında deyib: “Mən hesab etmirəm ki, kəsir xərcləri inflyasiyanın əsas səbəblərindən biridir. ABŞ-da yüksək inflyasiyanın bir çox səbəbi var. Əmtəə qiymətlərinin qalxması ölkə iqtisadiyyatı üçün bir nömrəli problemdir”.

Öz növbəsində R. Conson, müxtəlif hesablamalara görə, demokrat Cozef Baydenin prezidentliyinin ilk üç ilində büdcə kəsirinin ümumilikdə 5,7 trilyon dollar olacağını və bunun inflyasiyaya ciddi təsir etdiyini vurğulayıb. Respublikaçı əlavə edib ki, yaxın on il ərzində analitiklərin fikrincə, ABŞ-ın dövlət borcu 32 trilyon dollardan 50 trilyon dollara yüksələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru