Los-Ancelesdə təhsil işçiləri əməkhaqlarının artırılması üçün üçgünlük tətil edəcəklər - VİDEO

17-03-2023, 12:28           
Los-Ancelesdə təhsil işçiləri əməkhaqlarının artırılması üçün üçgünlük tətil edəcəklər - VİDEO
ABŞ-nin Los-Anceles şəhərində 30 min müəllim, o cümlədən yeməkxana işçiləri, avtobus sürücüləri, mühafizəçilər gələn həftənin çərşənbə axşamından cümə axşamına kimi tətil edəcəklər.

Bölgə nəzarətçisi Alberto M.Karvalyo valideynlərə yazdığı məktubda tətil bitənə qədər distant təhsili olmayan məktəbləri bağlamaq məcburiyyətində qalacaqlarını deyib.

Həmkarlar ittifaqı daha yüksək əməkhaqqı, tamştatlı iş yerlərinin sayının artırılmasını və daha çox işçi istəyir.
“Biz hökumətə göstərməliyik ki, onların hörmətsizliyindən bezmişik və işimizə hörmət tələb edərək qətiyyətli addımlar atmaqdan qorxmuruq”, - deyə həmkarlar ittifaqından bildiriblər.

Mənbə: NBC News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru