Deputat: "Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?!"

18-03-2023, 00:03           
Deputat: "Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?!"
“Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

T.Kərimli bildirib ki, xalqa hər şey Avropa qiymətləri ilə satılır: “Bəs niyə pensiyanı həmin standartlarla vermirik? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Mən “qara camaat”ın nümayəndəsiyəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru