Münaqişəyə son qoymağın açarı Çinin yox, bu ölkənin əlindədir

18-03-2023, 12:29           
Münaqişəyə son qoymağın açarı Çinin yox, bu ölkənin əlindədir
Ukrayna münaqişəsinin həllinin açarı Çinin deyil, ABŞ və onun müttəfiqlərinin əlindədir.

Publika.az xəbər verir ki, bu barədə Çinin dövlət nəşri “Global Times” yazır.

Çin prezidenti Si Cinpinin 20-22 mart tarixlərində Rusiyaya rəsmi səfəri olacaq və burada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Nəşr qeyd edir ki, Si Cinpinin səfəri “sülh turu” olacaq, belə ki, dünya ictimaiyyəti maraqlanır ki, Çin tərəfi bu səfər zamanı Ukraynadakı vəziyyətlə bağlı danışıqların irəliləməsi üçün hər hansı addım atmaq niyyətindədirmi?

Məqalə müəllifi Çini Rusiya ilə Ukrayna arasında dialoq qurmağa qadir olan azsaylı dövlətlərdən biri kimi təqdim edib. Bununla yanaşı, jurnalist vurğulayır ki, Çin münaqişə tərəfi deyil, böhrana dərindən qarışan ABŞ və Qərb ölkələridir.

“Ukrayna böhranının həllinin açarı Çinin əlində deyil, ABŞ və Qərb ölkələrinin əlindədir. Əgər onlar əməkdaşlıq etmək əvəzinə problemlər yaratmağa davam edərlərsə, sülhün bərqərar olması və danışıqların asanlaşdırılması üçün hər hansı səylərin göstərilməsi ehtimalı azdır”, - deyə müəllif vurğulayıb.

Eyni zamanda o əlavə edib ki, Çin istər Ukraynada, istərsə də digər regionlarda sülhün bərqərar olması üçün həmişə çox səy göstərib.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.