Parisdə iğtişaşlar davam edir - VİDEO

21-03-2023, 11:38           
Parisdə iğtişaşlar davam edir - VİDEO
Parisdə pensiya islahatına qarşı etirazlar davam edir.

Məlumata görə, polis Vauban meydanında nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, etirazçılar asayiş keşikçilərini təhqir edib, zibil qutularını yandırıb, polisə daş və şüşə atıblar.
Qeyd edək ki, pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvarda təqdim olunub. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru