“NATO-nun Rusiya ilə sərhədi iki dəfədən çox böyüyəcək” - Baş katib

21-03-2023, 08:29           
“NATO-nun Rusiya ilə sərhədi iki dəfədən çox böyüyəcək” - Baş katib
Finlandiya Şimali Atlantika Alyansına qoşulduqda NATO-nun Rusiya ilə sərhədinin uzunluğu iki dəfədən çox böyüyəcək.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiya və İsveç müdafiə nazirləri ilə birgə brifinqdə bildirib.

“Putin Ukraynaya Avropada daha az NATO görmək məqsədilə daxil olub. Bunun tam əksi olur. Avropada daha çox NATO olacaq. Bunu həm Finlandiyanın, həm də İsveçin tamhüquqlu üzv olmaq üçün müraciət etməsi və dəvət alması sübut edir. Finlandiya qoşulduqda isə NATO-nun Rusiya ilə sərhədi iki dəfədən çox – 1 300 kilometr artacaq”, - Stoltenberq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru