Rusiyanın bundan qorxmağa əsasları var - Səfir

21-03-2023, 10:48           
Rusiyanın bundan qorxmağa əsasları var - Səfir
Rusiyanın ABŞ-ın Ukraynaya hərbi yardımının bir hissəsinin “qara bazara” çıxa biləcəyindən qorxmağa əsasları var.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

"Hərbi məhsulların bir hissəsinin "qara bazar"a gedəcəyi ilə bağlı ciddi qorxularımız var. Silahlar harada üzə çıxacaq? Bəzi terror qruplarının və cinayətkar təşkilatların əlinə keçəndə kim məsuliyyət daşıyacaq?" - Antonov bildirib.

Qeyd edək ki, ötən gün ABŞ administrasiyası Ukrayna ordusuna 350 milyon dollar dəyərində növbəti silah və sursat tədarükünü elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru