Putin Si Cinpinə danışıqlara açıq olduğunu bildirdi

21-03-2023, 11:38           
Putin Si Cinpinə danışıqlara açıq olduğunu bildirdi
Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanı müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.

“Si Cinpin vurğulayıb ki, Ukrayna məsələsində sülh və şüur səsləri artır, əksər ölkələr gərginliyin azaldılmasının tərəfdarıdır, sülh və danışıqların tərəfdarıdır və odun üstünə yağ tökməyin əleyhinədir. Tarix göstərir ki, münaqişələr dialoq və danışıqlar yolu ilə həll edilməlidir”, - KİV qeyd edib.

Həmçinin qeyd olunub ki, Çin rəhbəri Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün “sülh planı” ictimailəşdirdiyini xatırladıb.

“Çin Ukrayna məsələsinin siyasi həllinin təşviqində qurucu rol oynamağa davam edəcək”, - Si Cinpin əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru