Macarıstan Putinin həbsinə veto qoymayıb

21-03-2023, 16:29           
Macarıstan Putinin həbsinə veto qoymayıb
Macarıstan "Bloomberg"in Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsi ilə bağlı Aİ-nin birgə bəyanatının dərcinə veto qoyması ilə bağlı xəbəri təkzib edib.
Bizimyol.info xəbər verir ki, martın 20-də axşam saatlarında Macarıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mate Patsolai: “Bu yalandır", - deyə bildirib.

“Həqiqət budur ki, Macarıstan Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellə ​​aşağıdakı mövqeyi bildirdi: Macarıstan BCM-nin qərarını nəzərə alır və heç bir şəkildə bu barədə şərh vermək istəmir. Lakin Ali Nümayəndə və ya hər hansı Aİ ölkəsi açıqlama vermək istəsə, Macarıstan buna etiraz etməyəcək", - Patsolaiyə istinadən "MTI" xəbər agentliyinə məlumat verib.

"Bloomberg" martın 20-də öz mənbələrinə istinadən yazıb ki, Macarıstanın mövqeyi ilə əlaqədar Borrell öz adından bəyanat dərc etməyə məcbur olub. Orada BCM-nin qərarının nəzərə alındığı bildirilir. Agentliyin məlumatına görə, Rusiya prezidentinin həbsi üçün orderin verilməsi ilə bağlı Macarıstanın mövqeyi Aİ-nin martın 23-24-də Brüsseldə keçiriləcək növbəti sammitində “ifadə edilə bilər”.

Nəşr qeyd edib ki, sammitdən sonra hazırlanan bəyannamə layihəsində Borrelin bəyanatı ilə eyni ifadədən istifadə edilib. Agentlik mənbələri istisna etməyiblər ki, sammitdə bəzi Avropa liderləri BCM-in qərarı ilə bağlı Rusiya hakimiyyətinə qarşı daha sərt ritorika tələb edə bilərlər.

Avropa İttifaqının ədliyyə nazirləri martın 20-də BCM-in təhqiqatını dəstəkləyən bəyanatla çıxış ediblər. Macarıstan təmsilçisi buna imza atmayıb.

Martın 17-də BCM Putin və Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə həbsinə order verib. Bu qərarı şərh edən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva BCM-nin yurisdiksiyasını tanımır.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Haaqa məhkəməsindən alınan məlumatlardan danışaraq, BCM-nin qərarlarının Rusiya üçün heç bir mənası olmadığını və mümkün həbs orderlərinin hüquqi baxımdan etibarsız olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru