Sərhəd-keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin, o cümlədən Rusiya...

22-03-2023, 08:09           
Sərhəd-keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin, o cümlədən Rusiya...
Nə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və İrəvana səfərləri, o cümlədən azərbaycanlı və erməni həmkarlarıyla mütəmadi görüşləri, nə də ABŞ dövlət katibi Entoni Blinkenin Bakıya və İrəvana tez-tez etdiyi telefon zəngləri sülh prosesini sürətləndirir.
Prezident İlham Əliyev Entoni Blinkenlə bugünkü telefon danışığında Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü bir daha onun diqqətinə çatdırıb.
Lavrov bundan xəbərdardır. Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılacağını anlayıblar. Bir sözlə hamı bu və ya digər şəkildə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulacağına hazırdır.
Sərhəd-keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin, o cümlədən Rusiya hərbi kontingentinə aid olanların da yoxlanılmasını diqtə edəcək.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru