İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə...

23-03-2023, 11:34           
İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə...
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına belə cavab vermişdi:
-“Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazanın yaradılmasını istisna etməmişdi.
Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcək. Bu seçkilərin nəticəsi bəlli deyil. Ona görə nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar.
İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru