Rusiya Putini həbs edəcək ölkəni nüvə silahı ilə vuracaq - BƏYAN ETDİLƏR...

23-03-2023, 12:50           
Rusiya Putini həbs edəcək ölkəni nüvə silahı ilə vuracaq - BƏYAN ETDİLƏR...
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə Rusiya Federasiyası Prezidentinin xaricdə həbsi casus belli, yəni müharibə elan etmək üçün formal səbəb yaradacaq. DİA.AZ reyting.az-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalistələrin suallarını cavablandırarkən deyib.

D. Medvedevin sözlərinə görə, V. Putinin həbsi heç vaxt həyata keçirilməyəcək bir vəziyyətdir: “Amma buna baxmayaraq, onun həyata keçirildiyini təsəvvür edək. Nüvə dövlətinin hazırkı rəhbəri, məsələn, Almaniyanın ərazisinə gəlib və həbs olunub. Bu nədir? Rusiya Federasiyasına müharibə elanı! Və bu halda bizim bütün vəsaitimiz Bundestaq və Kansler ofisinə uçacaq”.

Almaniyanın ədliyyə naziri Marko Buşmanın Rusiya liderinin Almaniya ərazisinə gələcəyi təqdirdə BCM-nin qərarı ilə Berlinin onu həbs etməyə borclu olduğuna dair sözlərini şərh edən Medvedev deyib ki, bu, müharibə elanı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru