NATO ilə sərhədimiz iki dəfə böyüdü - Rus ekspert

5-04-2023, 10:48           
NATO ilə sərhədimiz iki dəfə böyüdü -
Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub, indi sadəcə hüquqi prosedurlar icra edilir.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Nikita Lipunov deyib.

“Dəyişən ən önəm məsələ ümumi müdafiə ilə bağlı olan 5-ci maddənin tətbiqidir. Finlandiyaya edilən hücum bütün ittifaqa olan hücum kimi qəbul ediləcək. Hüquqi sərhədlər müəyyən edilir. NATO ilə sərhədimiz iki dəfə artır.

Baltik dənizi demək olar NATO-nun daxili dənizinə çevrilir. İsveçlə bağlı proses davam edir, sadəcə zaman məsələsidir. Rusiya üçün Finlandiyanın ittifaqa üzvlüyü İsveçin üzvlüyündən daha önəmlidir. Çünki Finlandiya ilə həmsərhədik”, - deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru