Putin Kremldə yeni səfirlərlə əl-ələ GÖRÜŞMƏDİ - VİDEO

5-04-2023, 19:58           
Putin Kremldə yeni səfirlərlə əl-ələ GÖRÜŞMƏDİ - VİDEO
Rusiya prezidenti Vladimir Putin Böyük Kreml Sarayının Aleksandr zalında etimadnamələrin təqdimetmə mərasimindən sonra yeni səfirlərlə yaxından görüşməməsini sanitariya məhdudiyyətləri ilə izah edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Rossiya 24” telekanalı yayıb.

Dövlət başçısı qeyd edib ki, gələcəkdə səfirlərlə yaxından təmasda olmaq imkanı yaranacaq.

Putinin səfirlərə müraciəti təxminən 20 dəqiqə davam edib. Mərasimdə 15 xarici dövlətin,

Avropa Birliyinin və qondarma rejim olan Abxaziyanın səfirləri iştirak edib (Danimarka, Paraqvay, ABŞ, Avropa Birliyi, Norveç, Ekvatorial Qvineya, Oman Sultanlığı, Suriya Ərəb Respublikası, Şimali Makedoniya, Bruney Darussalam, Meksika Birləşmiş Ştatları, Honduras, Zimbabve, Abxaziya, İraq, Kamboca və Qvineya Respublikası).

Mərasim zamanı Putin bildirib ki, Rusiya Federasiyası istisnasız olaraq bütün dövlətlərlə konstruktiv əməkdaşlığa açıqdır və özünü təcrid etmək niyyətində deyil.

Kremlin sahibi Rusiya ilə əlaqə qurarkən qarşılıqlı maraqların nəzərə alınmasına da diqqət çəkib.

Putinin sözlərinə görə, dünyada mövcud vəziyyət sadə deyil və çoxlu ziddiyyətlər toplanıb.

Eyni zamanda Putin qeyd edib ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə də dərin böhran yaranıb.

Xatırladaq ki, tədbirdə ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi də iştirak edib. O, etimadnaməsini təqdim etməzdən jurnalistlərə heç bir açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru