Paşinyan erməni südünə tost deyir, Lukaşenko, Kim Çen, Rəisi isə... - İsrail cizgi filmində (VİDEO)

10-04-2023, 11:42           
Paşinyan erməni südünə tost deyir, Lukaşenko, Kim Çen, Rəisi isə... - İsrail cizgi filmində (VİDEO)
İsrailin "9-cu" kanalında hər bazar nümayiş etdirilən məşhur "Qoruq" siyasi satirik multserialının 259-cu buraxılışında daimi “qəhrəman”lar Putin, Lavrov, Şoyqu və s. ilə yanaşı, Belarus prezidenti Lukaşenko və Ermənistan baş naziri Paşinyanın da personajları peyda olub.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, cizgi filmində Paşinyan Ermənistan südünə tost deyir(7:16), Lukaşenko isə Putin, Kim Çen In və İran prezidenti İbrahim Rəisi ilə birgə "köhnəlmişlər evi”ndə “nüvə başlığı” xəstəliyinə qarşı iynə vurdurur(11:33).

Paşinyanın erməni südünə tost deməyi Ermənistanla bağlı aşağıdakı informasiyalara əsaslanır:
Ermənistanın hakim partiyasından olan deputat Qaqik Melkonyan deyib ki, Putin həmin ölkəyə səfərə gələrsə, Ermənistan onu həbs etməli olacaq...
Nəticədə Rusiya kənd təsərrüfatına nəzarət idarəsi- “Rosselxoznadzor” “Ermənistandan süd məhsullarının tədarükünü dayandırmağı xahiş edib, bundan sonra Ermənistan parlamentinin vitse-spikeri bəyan edib ki, “Ermənistanda Putini həbs etmək niyyəti və ya istəyi yoxdur”.
Paşinyan guya Ermənistan südünün tərkibində Rusiyaya zərbə vuracaq bağırsaq çöpləri olduğu üçün ona tost deyir...

Lukaşenko isə Moskvaya – Putinin yanına son səfəri zamanı yenə də Belarusda nüvə silahlarının yerləşdirilə biləcəyindən danışıb. O, deyib ki, lazım gələrsə, strateji nüvə silahları da Belarusda yerləşdiriləcək. Bundan əvvəl Putin Belarusda taktiki nüvə silahlarının hələ ötən ilin yayında yerləşdiriləcəyini açıqlamışdı…

Lukaşenko ilə bağlı epizodun sonunda “Köhnəlmişlər evi”nin həkimləri əlil arabalarında əyləşmiş Lukaşenko, Kim Çen və Rəisini “təntənəli dərman qəbuletmə” mərasiminə aparırlar. Bu zaman həkimlərdən biri deyir ki, deyəsən, birini yaddan çıxarmışıq və həmin anda xəstə xələtində bürüşmüş, əli-qolu bağlanmış görünən Putini göstərirlər. Və digər həkim cavab verir ki, narahat olmayın, onun xəstəliyi sağalmazdır, onu hospisə - Haaqaya göndərirlər…













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.