Molla rejimi Eçmiədzin kilsəsini Bibiheybət məscidindən ÜSTÜN bilir - NİYƏ?

10-04-2023, 16:32           
Molla rejimi Eçmiədzin kilsəsini Bibiheybət məscidindən ÜSTÜN bilir - NİYƏ?
“İranı müqəddəsləşdirənlər necə cır düşüncə sahibləridir. Onlar “Şahnamə”dəki İran-Turan savaşına görə türklərə hələ də kin saxlayıblar. Ərəblər Sasaniləri süquta yetirib deyə farslar indiyədək Məkkə ilə düşmənçilik münasibətindədir. İranlı övliya, məsum, imam, peyğəmbər olmayıb. Məşhəd ziyarətilə yozsaq, imam Rza peyğəmbər nəslindən olan ərəbdir. Ona qalsa, şiələrin yeddinci imamı Musa əl-Kaziminin qızı, 8-ci imam Əli ibn Musa ər-Rzanın bacısı Həkimə (Hükeymə) Bibiheybətdə dəfn olunub, Eçmiədzində yox. Bəs niyə farsların molla rejimi İrəvanı Bakıdan üstün tutur? Onlar bütün dəyərləri intiqam və qüdrətli “Persiya” naminə istifadə edirlər. Dini də!

“İranda hər şey ucuzdur” misalı təkcə ərzağa aid deyil…”.

Yuxarıda qeyd olunan fikirləri feysbukda İran tənqidinə yönəlik paylaşımların birinə rəy yazmışdım. Həqiqətən də maraqlıdır, əgər İran islam respublikasıdırsa, nə üçün islama aid dəyərlərin olduğu Azərbaycanı yox, Ermənistanı qırmızı xətt adlandırır? Yəni islam rəngi olan və Azərbaycanın bayrağında əks olunan yaşılın qiyməti Tehranın bağırdığı qırmızıdan bu qədərmi ucuzdur? Suallar yaranır:

– İran üçün erməni bayrağı niyə belə əzizdir;

– Yoxsa onlar “kolumbiyski kokain”in təsirindən çıxa bilmirlər;

– Ermənistan farsların narkotrafikidir;

– Farslar erməniləri Məşhəddə şəkil çəkdirib Qarabağdakı məscidlərdə donuz saxladıqları üçün əziz bilirlər?

Maraqlı və eybəcər bir mənzərə yaranır. Faktlara nəzər yetirəndə bu iki regional azlığı haramın birləşdirdiyi ortaya çıxır. Həm fars, həm də ermənilərin parametrləri arasında dini radikallıq, terror, insan alveri, narkoticarət, işğalçılıq, plagiat və s. mənfi nüanslar var. Di gəl ki, erməni qriqoryanlar Vatikanın himayəsində, molla rejimi isə Britaniya-Fransa layihəsidir.

Vatikan:

• Katoliklərin qibləsi sayılır;

• Müsəlmanlara qarşı səlib yürüşlərinin mərkəzidir;

• İllüminat qərargahının da Roma Papasının yanında olduğu deyilir.

Britaniya-Fransa:

• Orta əsr düşmənçilikləri var;

• Fransızlar ingilislərin dünya ağalığına şərik olmağa çalışır;

• Dünyanın ən güclü iki masson lojası bu dövlətlərdədir.

Xatırladım ki, massonluq İbrahim peyğəmbərin hikməti sayəsində yaradılan Kabbala elmi əsasında idarə olunsa da, planetdəki deizm, ateizm, hətta satanizm də onların layihəsidir. Bu gizli təşkilatın əsas hədəfi müqəddəs kitablarda qeyd olunanları deşifrə edərək Allahlıq iddiasıdır. Dünya əhalisinin sayını 1 milyarda salaraq qiyaməti ertələmək də onların planıdır. İnsan sayının azalması üçün isə virus və müharibələr lazımdır. Bizim sərhədlərə buraxılan iki virus erməni və farslardır. O ki qaldı Rusiyaya, bəli o da Vatikanın hələ orta əsrlərdə dövriyyəyə buraxdığı epidemiyadır. Əsas vəzifəsi savaş, insan qırğını, işğal və əsarətdəki xalqların aclıq-səfalətlə üzləşməsidir. Qayıdaq iki virusa və deyək ki, hazırda onların mutasiyası getməkdədir. Belə ki, Paris laboratoriyası erməni-fars sintezi üzərində işləyir. Sadəcə, iki detalı heç cür uyğunlaşdıra bilmirlər. Söhbət din və 40 milyona yaxın İran azərbaycanlısından gedir.

✓ Orijinal İslam və şiəlik ilə təhlil aparanda Ermənistandakı bütün iqtidarların donuz qədər murdar olduğu ortaya çıxır. Lakin farslar erməniləri başı üzərinə qaldırır. Bununla da alınlarındakı möhür izinə kölgə salırlar. Amma ermənilər qriqoryanlığı fars şiəliyindən üstün bildiyi üçün müəyyən anlaşılmazlıqlar mövcuddur.

✓ II Qarabağ savaşında İran vətəndaşı olan soydaşlarımız Norduz gömrük postunu bağlayaraq farsların separatçılara silah yardımını qismən əngəlləyirdilər. Bu isə Cənubi Azərbaycandakı azadlıq hərəkatının cücərtiləri idi.

Qərb anlayır ki, onlar istədi-istəmədi, Cənubi Azərbaycan azad olacaq. Bu isə o deməkdir ki, fars-erməni sərhədi qeybə çəkiləcək, Xəzər sahilində İran adlı 100 illik dövlət olmayacaq. Bu diyarlara yenə əsl sahibləri nəzarət edəcək, farslar qədər rusların da qorxduğu Turan qurulacaq.

Son olaraq qeyd edim ki, Aleksandr Rozenbaumun hop-stopuna oxşayan Əli Xameneinin hop-gopu ilə beyni yuyulmuş azərbaycanlıların da düşüncəsi aydınlaşacaq. XX əsrin tarixini vərəqləmək hər bir azərbaycanlının düşmənlərini tanıması üçün kifayətdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.