ABŞ Ukraynaya Lend-lizlə silah vermir – Səbəb

11-04-2023, 13:35           
ABŞ Ukraynaya Lend-lizlə silah vermir – Səbəb
Vaşinqton Kiyevi ödənişə məcbur etməmək üçün hələ də Lend-liz çərçivəsində silah tədarükünə başlamayıb.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşrin məlumatına görə, Lend-liz vasitəsilə silah tədarükünə dair razılaşmanın bir il əvvəl əldə olunmasına baxmayaraq, Vaşinqton Kiyevin üzərinə maliyyə öhdəlikləri qoymaq istəmir.

“Biz onlara elə yardımlar edirik ki, bunlara görə pul ödəməsinlər”, - Ağ Ev rəsmilərindən biri nəşrə açıqlamasında deyib.

Qeyd olunub ki, Bayden administrasiyası Ukraynaya 35 milyard dollarlıq yardım ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru