Ermənistan MN itkin düşən əsgərlərimizlə bağlı yeni məlumat yaydı

11-04-2023, 12:28           
Ermənistan MN itkin düşən əsgərlərimizlə bağlı yeni məlumat yaydı
“İkinci azərbaycanlı əsgər hələ də tapılmayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

O bildirib ki, Ermənistan ərazisinə azaraq keçən azərbaycanlı hərbçi hələ də tapılmayıb.

“Hazırda hüquq-mühafizə orqanları ilə birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – Torosyan deyib.

“Azərbaycanlının axtarışları ancaq Zəngəzur rayonunda aparılır?” sualına isə Aram Torosyan cavab verməyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən əsgərlərimiz ərazidə istiqaməti itirərək azıblar.

Erməni mediası onlardan birinin əsir düşdüyünü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru