"Qarabağ öz müqəddəratını təyinetmə hüququnu itirdi" - Akopyan
4-05-2023, 13:57

“Qarabağ öz müqəddəratını təyinetmə hüququnu tanımaq imkanını itirdi”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “siyasətçi”si Akop Akopyan Facebook səhifəsində yazıb.
“Nikol Paşinyan müharibədən sonra bəyan etmişdi ki, beynəlxalq ictimaiyyət Qarabağ məsələsində barın aşağı salınmasını tələb edir.
Daha sonra sülh müqaviləsinin hazırlanması prosesi başlandı. Vaşinqtonda müzakirə olunan hazırkı sənədin adı dəyişdirilərək “Münasibətlərin normallaşdırılması haqqında saziş” adlandırıldı.
Sənəddə deyilir ki, “Ermənistanda və Azərbaycanda yaşayan bütün etnik azlıqların maraqları təmin edilməlidir”.
Faktiki olaraq, bununla da Qarabağ öz müqəddəratını təyinetmə hüququnun tanınması məsələsini itirdi, həm də “Arsax” xalqının problemləri azərbaycanlıların problemləri ilə eyniləşdirilib. 1988-89-90-cı illərdə Ermənistandan olan məcburi köçkünlər nəzəri olaraq geri qayıtmaq hüququ alacaq.
Ermənistanın hazırkı hakimiyyət orqanları tərəfindən beynəlxalq platformalarda “Arsax”ın maraqlarının qorunmasında birbaşa və ya dolayı yolla geri çəkilmə var.
Yaxşı olar ki, İrəvan bu danışıqlarda iştirakdan çəkinsin. Əliyev bəyan edib ki, Qarabağ məsələsi artıq mövcud deyil və heç bir vasitəçini tanımayacaq. “Arsax” “hakimiyyət”i bütün bunları dərk etməli və müvafiq tədbirlər görməlidir. Qarabağı təslim etməmək üçün əməli hərəkət etmək lazımdır”, – deyə separatçı çərənləyib.
Xuraman Etibarlı,