Bill Klinton 2011-ci ildə Putinin Ukraynaya hücum edəcəyindən xəbərdar olub

6-05-2023, 10:34           
Bill Klinton 2011-ci ildə Putinin Ukraynaya hücum edəcəyindən xəbərdar olub
ABŞ-nin keçmiş Prezidenti Bill Klinton hələ 2011-ci ildə Rusiya lideri Vladimir Putinin Ukraynaya hücum etmək niyyətindən xəbərdar olduğunu bildirib.

Klinton bu barədə Davosda müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Putinlə görüşdən sonra dərhal anlayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi yalnız zaman məsələsidir.

Klintonun sözlərinə görə, görüş zamanı Putin 1990-cı illərdə ozamankı Rusiya Prezidenti Boris Yeltsin tərəfindən imzalanan Budapeşt Memorandumunu rədd edib. Məlum olduğu kimi, müqavilə nüvə silahı müqabilində Ukraynanın ərazi bütövlüyünə hörmət olunmasına zəmanət verirdi.


“2011-ci ildə - Krımın ələ keçirilməsindən üç il əvvəl - Vladimir Putin mənə Yeltsinlə bağladığım müqavilə ilə razılaşmadığını söylədi. Putin bu müqaviləni dəstəkləmədiyini və buna bir aidiyyəti olmadığını bildirdi. O gündən mən bilirdim ki, bu sadəcə olaraq zaman məsələsidir”, - deyə Klinton əlavə edib.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru