Avropa Azərbaycan qazına güvənir - Macarıstandan AÇIQLAMA

6-05-2023, 10:51           
Avropa Azərbaycan qazına güvənir -
“Avropa Azərbaycan və Qara dəniz qazının tədarükünə arxalanır”.

Bizim.Media xəbər verir ki, bununla bağlı Macarıstan Energetika Nazirliyi açıqlama verib.

“Mərkəzi Avropanın dənizə çıxışı olmayan ölkələrinin xarici təsirlərini daha da azaltmaq üçün ən real qısamüddətli fürsət Azərbaycandan qaz idxalıdır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, Macarıstan kifayət qədər yüksək ötürmə qabiliyyətinə malik ikitərəfli qaz kəmərləri sistemlərinə sahibdir.

Diqqətə çatdırılıb ki, hazırda Qara dənizin hələ də işlənilməmiş qaz yataqlarında böyük potensial var. Bu yerlərdə kəşfiyyat işləri yaxın beş ildə başlaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru