Sülh sazişinin hansı ölkədə imzalanacağıyla bağlı Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək.

25-05-2023, 10:34           
Sülh sazişinin hansı ölkədə imzalanacağıyla bağlı Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək.
Vaşinqton və Brüssel Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sabahkı görüşü diqqətlə izləyəcək, nəticələri analiz edəcəklər.
Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdikdən sonra sülh sazişinin imzalanması ehtimalı artıb.
Ancaq bu saziş sabah Moskvada imzalanmayacaq. Liderlər yaxın aylarla müxtəlif şəhərlərdə görüşərək müzakirələri davam etdirəcəklər.
Sülh sazişinin hansı ölkədə imzalanacağıyla bağlı Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək.
Ən optimal variant kimi sülh sazişinin Cənubi Qafqazın üçüncü ölkəsinin paytaxtı Tiflisdə imzalanması faydalı olardı və buna bir-biri ilə rəqabət aparan böyük oyunçular da etiraz etməzlər.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru