Hitlerin doğulduğu ev insan haqlarının “carçısı” olacaq - FOTO

25-05-2023, 11:44           
Hitlerin doğulduğu ev insan haqlarının “carçısı” olacaq - FOTO
Avstriyada nasist lideri Adolf Hitlerin 1889-cu ildə doğulduğu evdə polislərə insan haqları mövzusunda təlim keçiləcək.

Avstriyanın Almaniya ilə sərhədində yerləşən Braunau Am İnndəki ev polis əməkdaşlarına təlimlər keçirilməsi üçün istifadə olunacaq. Hökumətin uzun çəkişmələrdən sonra keçən il aldığı binada təmir işlərinin payızda başlayacağı gözlənilir.

Hökumətin evlə bağlı planları isə ölkədə müzakirə obyektinə çevrilib. Bəzi avstriyalılar evin neonasistlərin mərkəzinə çevrilməməsi üçün sökülməsini istəyir, digərləri isə evin sökülməsinin Avstriyanın keçmişinin inkar edilməsi anlamına gələcəyini iddia edir. Digər qrup da evin xeyriyyə məqsədləri üçün istifadə olunmasını təklif edir.

Qeyd edək ki, daha əvvəl Avstriya hökuməti radikal sağçıların evi ziyarət etməsinin qarşısını almaq üçün evi keçmiş sahibi Gerlinde Pommerdən icarəyə götürüb. Ev uzun müddət bir xeyriyyə təşkilatı tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün baxım evi kimi istifadə olunub. Hökumət daha sonra 2016-cı ildə 800 min avro qarşılığında evin müsadirə edilməsinə icazə verən qanun qəbul edib və satın alındıqdan üç il sonra Daxili İşlər Nazirliyi 17-ci əsrdən qalma evin polis bölməsinə çevriləcəyini bildirib.





Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru