Polşalı general Belarusda silahlı çevriliş olacağını dedi: “Üsyana hazırlaşırıq, çünki bu baş verəcək”

25-05-2023, 11:38           
Polşalı general Belarusda silahlı çevriliş olacağını dedi:
Polşa milli müdafiə nazirinin keçmiş müavini, general Valdemar Skşipçak Belarusda çevriliş olacağını proqnozlaşdırıb.

O, bu barədə “Polsat” telekanalının efirində bildirib.

“Biz Belarusda üsyana hazırlaşırıq, çünki bu baş verəcək”, - deyə Skşipçak əminliyini ifadə edib.

O əlavə edib ki, söhbət silahlı çevrilişdən gedir.

“Biz Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunları dəstəkləməyə hazır olmalıyıq”, - deyə general qeyd edib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru