Rumıniyalı senator Ukraynadan Polşaya radioaktiv toz yayıldığını dedi: “Açıq havada olanlar xəstələnəcəklər”

25-05-2023, 12:58           
Rumıniyalı senator Ukraynadan Polşaya radioaktiv toz yayıldığını dedi:
“Ukraynada seyrəldilmiş uran tərkibli döyüş sursatlarının məhv edilməsindən sonra yaranan radioaktiv bulud artıq Polşa ərazisini bürüyüb”.

Bu barədə rumıniyalı senator Diana Şoşoake BZI-yə müsahibəsində bildirib.

Şoşoake vurğulayıb ki, bu məlumatlar hərbçilər, eləcə də Polşanın ətraf mühit agentliyi tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Ukraynanın Xmelnitski şəhərində yerləşən anbarlarda seyrəldilmiş uran tərkibli tank mərmiləri olub. O əlavə edib ki, bu sursatlar Ukraynaya Böyük Britaniya tərəfindən verilib.
Senator qeyd edib ki, uran tərkibli sursatlardan yayılan radioaktiv toz külək vasitəsilə Xmelnitski vilayətindən Lyublinə yayılıb. Onun sözlərinə görə, iki gün ərzində toz 400 kilometr məsafə qət edib. “Həmin müddətdə açıq havada olan və bu tozun ciyərlərinə daxil olduğu insanlar ağır şəkildə xəstələnəcəklər”, - deyə Şoşoake bildirib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru