“Moskvada keçiriləcək üçtərəfli görüşlə bağlı bəzi detallar məlum olub...”

25-05-2023, 10:39           
“Moskvada keçiriləcək üçtərəfli görüşlə bağlı bəzi detallar məlum olub...”
Paşinyan Rusiyanın təkliflərinin tərəfdarı deyil...

“Bu gün Moskvada keçiriləcək üçtərəfli görüşlə bağlı bəzi detallar məlum olub”.

Moderator.az xəbər verir ki, bu haqda “Fakt” qəzeti yazır.

“Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə , bu gün Moskvada, xüsusən də fundamental məsələlərdə, demək olar ki, konkret razılıq əldə olunacağı gözlənilmir. Yumşaq desək, erməni tərəfi Rusiyanın təkliflərinin tərəfdarı deyil, əksinə, daha çox Qərbin təqdim etdiyi təkliflər paketi ilə maraqlanır .

Xarici İşlər Nazirliyindəki mənbə onu da bildirir ki , ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqanın Ağ Ev administrasiyasının Ermənistan və Azərbaycan rəhbərliyinə münaqişənin həlli ilə bağlı ən mübahisəli məsələlər haqda öz təkliflərini təqdim etməsini vurğulması təsadüfi deyil”,- Ermənistan nəşri belə yazır.

Xatırladaq ki, mayın 25-də Rusiya paytaxtında Azərbaycan və Ermənistan liderlərinin V.Putinin vasitəçiliyi ilə növbəti görüşü gözlənilir. Ermənistan baş naziri N.Paşinyan artıq dünəndən Moskvadadır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya paytaxtına yola düşməsi haqda hələlik rəsmi xəbər yayılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.