Putinin Polşa xəbərdarlığına Kulebadan cavab

24-07-2023, 11:32           
Putinin Polşa xəbərdarlığına Kulebadan cavab
Rusiya Prezidenti Putin Ukrayna ilə Polşa arasında münasibətləri korlaya bilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba Putinin Polşa hakimiyyətinin Ukrayna ərazilərini işğal etmək istəməsi ilə bağlı son açıqlamalarına münasibət bildirərkən deyib.

“Putinin Kiyev və Varşava arasında ziddiyyət yaratmaq cəhdləri onun Ukraynaya uğursuz hücumu kimi əbəsdir”, - Kuleba Tvitterdə qeyd edib.

“Rusiyadan fərqli olaraq, Polşa və Ukrayna tarixdən ibrət dərsi alıblar və həmişə rus imperializminə və beynəlxalq hüquqa hörmətsizliyə qarşı vahid cəbhə kimi çıxış edəcəklər”, - nazir vurğulayıb.

Qeyd edək ki, Qərbi Ukraynanı Polşanın özünə birləşdirmək istəməsi barədə son iddianı Belarus lideri Lukaşenko Rusiya lideri Putinlə Sankt-Peterburqda keçirilən görüşdə səsləndirib və Putin də bunu təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru