Ziyalılar Qubad İbadoğlunun həbsini pisləyir

25-07-2023, 08:16           
Ziyalılar Qubad İbadoğlunun həbsini pisləyir
Azərbaycan Demokratiya və Rifah Partiyasının lideri Qubad İbadoğlunun həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Olaya münasibət bildirən ziyalılar ona irəli sürülən ittihamları absurd adlandırıb.

Gununsesi.info bildirir ki, professor Qulu Məhərrəmli tanıdığı nüfuzlu adamların çoxunun Qubad İbadoğlunun günahsız olması qənaətindədir:
“London Universitetinin professoru Qubad bəy tənqidi düşüncəsi olan iqtisadçı alim, yaxşı analitikdir. Onun hökumətə yönəli sərt tənqidləri ilə razılaşmamaq olar, amma həbsə atmaq yox. Çünki bu həbs ölkə adına töhmətdir.
Qubad bəy azadlığa nə qədər tez buraxılsa, bir o qədər yaxşıdır”.

Tanınmış hüquqşünas Rəşid Hacılı isə Qubad İbadoğlunun həbsini “şokedici” adlandırıb:
“FETÖ-METÖ” söhbətləri də şübhəli bilindiyi hallar da uydurmadır, inanıram”.

Rəşid Hacılı əlavə edib ki, tənqidi ortamın boğulması yolverilməzdir:
“Ona görə də Qubad bəyin həbsi yol verilməzdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru