Ermənistan XİN:-nin çağırışına Zaxarovadan rişxəndli və məntiqi cavab: - Bəs, İrəvanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması necə olsun?

19-09-2023, 16:50           
Ermənistan XİN:-nin çağırışına Zaxarovadan rişxəndli və məntiqi cavab: -
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN-in Rusiya sülhməramlı kontingentinə çağırış etməsinə münasibət bildirib.

Teref.az APA-ya istinadla xəbər verir ki, Zaxarova Teleqram kanalında rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurası və Rusiya Sülhməramlı Kontingentini Qarabağdakı hərbi əməliyyatları dayandırmağa çağırmasına istehza ilə cavab verib.

“Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırır.

Bəs, rəsmi İrəvanın Qarabağı Azərbaycana məxsus olduğunu tanıması necə olsun?”, deyə Rusiya XİN sözçüsü erməni həmkarlarını məsxərəyə qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru