Naxçıvana dəhlizin İrandan keçməsi... - Safrastyan

2-11-2023, 08:07           
Naxçıvana dəhlizin İrandan keçməsi... - Safrastyan
Türkiyə üçün Azərbaycan və Orta Asiya ilə strateji əlaqələrin İran ərazisindən keçməsi arzulanan variant deyil.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında türkoloq Ruben Safrastyan deyib.

“İkincisi, İran ərazisindən həyata keçirilməli olan layihə magistral yola aiddir. İran üzərindən dəmir yolu çəkilsə belə, Zəngəzurdan keçəndən daha uzun olacaq. Digər tərəfdən, bu müddət ərzində Türkiyədə Naxçıvanla birləşən dəmir yolu çəkilmədi”, - o bildirib.

Safrastyan iddia edib ki, Türkiyə Mehridən keçən dəmir yolundan böyük iqtisadi gəlir əldə etməyəcək, bu, lazım gələrsə, hərbi yüklərin daşınması üçün ilk növbədə strateji əhəmiyyət kəsb edən proqramdır.

Safrasyan bu hərbi yüklərin hara və niyə “daşınmalı” olduğuna aydınlıq gətirməyib.

Qeyd edək ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhliz üçün İranla saziş bağlanandan sonra Ermənistandan bu mövzu ciddi müzakirə edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.