Fransa Ermənistanda Rusiya və İrana qarşı kəşfiyyat aparır - Erməni ekspert

2-11-2023, 15:28           
Fransa Ermənistanda Rusiya və İrana qarşı kəşfiyyat aparır - Erməni ekspert
“Fransa Ermənistanda çoxdan fəaldır və müxtəlif əməliyyatlar keçirmək bəhanəsi ilə kəşfiyyat işləri aparır, avadanlıqlar quraşdırır”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni hərbi ekspert Ayk Naqapetyan "YouTube"da yayımlanan "Armenian Second TV" kanalına müsahibəsində danışıb.

“Hərbi satınalmalara gəlincə, bu, yalnız imzalanmış niyyət memorandumudur. Və hamıya məlum olan o üç Fransız hərbi texnikası Ermənistan və Rusiyanın hava hücumundan müdafiə sisteminə qarşı həm kəmiyyət, həm də resurs baxımından heç bir şey deyil. Onda, bu, sadəcə, niyyət memorandumudur. Bu heç nəyi həll etməyəcək. Burada problem Rusiyaya qarşı imitasiya fonu yaratmaqdır.
Fransa bura necə gəldi? Hazırda silah, sursat gətirir, xeyriyyəçilik edir, Senat bəyanatlar verir və s. Fransanın əsas məqsədi Ermənistan vasitəsilə Rusiya və İrana qarşı Aİ müşahidəçiləri ilə başlayan kəşfiyyat işini təşkil etməkdir. Rusiya və İranın xüsusi xidmət orqanları bunu yaxşı bilir.

Və indiki Ermənistan hakimiyyətinin vəzifəsi Ermənistanın müdafiə qabiliyyətini artırmaq deyil, Rusiya və İrana qarşı konkret tədbirlər görməkdir”, - deyə ehtiyatda olan polkovnik bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.