İsraildən Qafqaz xəbərdarlığı – Zaxarovadan sərt reaksiya

3-11-2023, 00:09           
İsraildən Qafqaz xəbərdarlığı –
NATO-nun bir çox ölkəsində İsrail əleyhinə etirazlar keçirilir, amma Təl-Əviv bu ölkələrlə bağlı belə tövsiyələr verməsə də, öz vətəndaşlarına Şimali Qafqaza səyahətdən çəkinməyi tövsiyə etməsinin səbəbi Moskvanı təəccübləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Açığı, biz bunu İsrail əhalisini çaşdıran bir növ anti-Rusiya hərəkəti kimi qiymətləndiririk. Mənim sübutlarım var, baxın, NATO ölkələrində anti-İsrail mitinqləri, etirazları keçilir, bu, təkcə Fələstinə dəstək deyil, açıq-aşkar anti-İsrail şüarları, plakatları, çıxışları yer alır, bunların hamısı olduqca aqressiv xarakterdədir, hədələyici bəyanatlar verilir, çox sayda insan iştirak edir. Amma mən rəsmi olaraq İsraildən öz vətəndaşlarına bu ölkələrə getməməyi tövsiyə etdiyini görməmişəm”, – Rusiya rəsmisi bildirib.

Zaxarova İsrailin Şimali Qafqazla bağlı xəbərdarlığını “qəbuledilməz” adlandırıb:
“Nəzərə alsaq ki, ölkəmizdə çoxlu yəhudi, İsrail vətəndaşlığı olan insanlar yaşayır, bunu qəbuledilməz hesab edirik. Niyə İsrail Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar bu ölkələrə səfər edənlərə xəbərdarlıqlar etmir? Hesab edirəm ki, bu cür hərəkətlər və bəyanatlar sadəcə ölkəmizə qarşı yönəlib. Onların reallıqla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, ötən günlərdə Dağıstanda (Mahaçqala) yəhudilər və İsrail əleyhinə nümayiş keçirilib. Bu, iki ölkə arasında gərginliyə səbəb olub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.