Roma Papası İsrail və Fələstinə çağırış etdi: “İki xalq, iki dövlət…”

3-11-2023, 00:10           
Roma Papası İsrail və Fələstinə çağırış etdi:
Roma Papası Fransisk dünyada “qaranlıq dövrün” gəldiyini bəyan edib.

O, münaqişələrin qızışmasına və qaranlıq zamanların gəlməsinə səbəb kimi hərbi sənaye və silahlanmanı göstərib.

Pontifik hesab edir ki, dünya müharibə vəziyyətindədir və bunun günahkarı gəlirli hərbi sənayedir.

Roma Papası, həmçinin İsrail və Fələstini dinc yanaşı yaşamağa çağırıb. Onun fikrincə, bütün məsələlərin həllinə dialoq vasitəsilə nail olunmalıdır.
“Müharibə - məğlubiyyətdir. İki xalq bir yerdə yaşamalıdır”, - deyə o qeyd edib.

Papanın sözlərinə görə, müdrik qərar verilməlidir və bu qərar “İki xalq, iki dövlət”dir.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru