Blinken Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini izah edib

3-11-2023, 07:28           
Blinken Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini izah edib
Blinken Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini izah edib
Noyabrın 2-də ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar zəruri idi, çünki siyahıya daxil edilmiş fiziki və hüquqi şəxslər Ukraynada hərbi xüsusi əməliyyatın keçirilməsinə köməklik göstərmiş, həmçinin anti-Rusiya məhdudiyyətlərindən yayınmağa töhfə vermişlər.

Bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Blinkenin dediyinə görə, Dövlət Departamenti sanksiyalardan yayınmaqla məşğul olan və Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsinə töhfə verən 90-dan çox hüquqi şəxs və şəxsə qarşı sanksiyalar tətbiq ediş.

Siyasətçinin sözlərinə görə, ABŞ həm də Moskvanın gəlirlərini “dağıdıcı məqsədlərə” yönəltmək imkanlarını daha da məhdudlaşdırmağa çalışır.

Yeni sanksiyalara “Absolut Bank”, “HKF Bank”, “Post Bank”, RRDB və “Russian Standard” bankları daxildir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin hərbi-tikinti kompleksi ilə bağlı da məhdudiyyətlər tətbiq edilib. \\SİA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.