Zelenski gələn il prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir

4-11-2023, 07:14           
Zelenski gələn il prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir
Ukrayna Prezidenti Vladimir Zelenski gələn ilin yazında ölkədə prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Birləşmiş Ərəb Əmirliklərində keçirilən Ümumdünya Siyasət Konfransında onlayn çıxışı zamanı Ukraynanın yazda prezident seçkiləri keçirib-keçirməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, baxmayaraq Rusiya ilə müharibə zamanı azad və ədalətli səsvermənin necə təşkil ediləcəyi ilə bağlı böyük narahatlıqlar var, ancaq Ukrayna Prezidenti Vladimir Zelenski 2024-cü ilin yazında prezident seçkilərinin keçirilməsinin müsbət və mənfi tərəflərinin qiymətləndirir.

"Biz bu səhifəni bağlamırıq. Ukrayna Prezidenti müxtəlif müsbət və mənfi cəhətləri nəzərdən keçirir və bu məsələni ölçüb-biçir", - Dmitri Kuleba deyib.

O əlavə edib ki, seçkilərin keçirilməsi təhlükəsizlik riskləri ilə bağlı problemlər yaradacaq. Nazir həmçinin yüz minlərlə hərbçinin, xaricdəki milyonlarla ukraynalının və Rusiyanın işğalı altında yaşayanların səsvermə hüququnun necə təmin olunacağının çətinliklərinə işarə edib.

Xatırladaq ki, Ukraynada parlament seçkiləri oktyabrda, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməli idi, lakin 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra seçkilərin də qadağan edildiyi hərbi vəziyyət elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru