Hizbullah genişmiqyaslı toqquşmanı real hesab edir

4-11-2023, 08:34           
Hizbullah genişmiqyaslı toqquşmanı real hesab edir
Livanın Hizbullah hərəkatının lideri Həsən Nəsrullah televiziya ilə xalqa müraciət edib.

O, çıxışı zamanı Livan cəbhəsinin genişmiqyaslı döyüşə çevrilməsi ehtimalını real adlandırıb.

Onun sözlərinə görə, vəziyyətin gələcək inkişafı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı fəaliyyətindən asılıdır.

Həsən Nəsrullah qeyd edib ki, Hizbullah Livan cəbhəsində istənilən dəyişikliyə açıqdır. Onun sözlərinə görə, Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq istəyənlər “Qəzza zolağında müharibəni dərhal dayandırmalıdırlar”.

O bildirib ki, Hizbullah Qəzzada atəşkəsə nail olmaqdan əlavə, HƏMAS hərəkatının qələbəsini zəruri məqsəd hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru