Qüdsi Osmanova yeni vəzifə: Bir neçə səfir geri çağrılır - ADLAR

4-11-2023, 12:25           
Qüdsi Osmanova yeni vəzifə:
Azərbaycanın xarici ölkələrindəki səfirlərinin bir neçəsi geri çağırılacaq.
TEREF.AZ bakupost.az-a istinadla xəbər verir ki, onlardan biri Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Nizami oğlu Nəcəfovdur. Onun səlahiyyət müddəti bitdiyini üçün Bakıya çağırılıb. Xatırladaq ki, H.Nəcəfov bu vəzifəyə 8 noyabr 2018-ci ildə təyin edilmişdi.
Onun yerinə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Dursun oğlu Osmanov təyin olunacaq. Bu təyinatla bağlı Qüdsi Osmanovun hazırda Bakıda olduğu bildirilir.
Q. Osmanov 7 sentyabr 2016-cı ildə Moldovaya səfir təyin edilmişdi.
Qüdsi Osmanovun yerinə isə hazırda Azərbaycannın Belarusdakı səfiri Ülvi Baxşəliyevin göndəriləcəyi gözlənilir.
Ən maraqlı təyinat isə Belarusa göndəriləcək səfirin kimliyidir. Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu posta Azərbaycanının iri ranqlı məmurlarından biri göndərilir. Həmin şəxsin adını bir müddət sonra açıqlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru