XALQ BU HAKİMİYYƏTƏ LAYİQDİR YA YOX?

5-11-2023, 00:03           
XALQ BU HAKİMİYYƏTƏ LAYİQDİR YA YOX?
Polisin, məhkəmənin hər hansı qanuna, insaniyyətə və əxlaqa zidd əməlindən sonra "Facebook"da müntəzəm "Nə edirlərsə yaxşı edirlər!”, "Bizə bu da azdı”, "Bu xalq belə rəftara, bu hakimiyyətə layiqdir” sözlərinə rast gəlirəm.
Geniş yayılmış bu kəlam mövzusunda dəfələrlə yazmışam, çıxış etmişəm, amma yenə də demək lazımdır. Qüzey Koreada müxalifət yoxdur, Kim ailəsi yer üzündən silib. Güney Koreyada müxalifət parlamentdə təmsil olunub, vaxtaşırı hakimiyyətə gəlir, yerlərini dəyişirlər.
Şimali Korea aclıq içindədir, adamlar söz deməyə qorxur, imkan düşən kimi Cənubi Koreyaya qaçırlar – bizimkilər Avropaya, Amerikaya qaçan kimi.
Güney Koreada "Samsung", "Daewoo", "Hyundai", "KIA", "LG" brendləri, iş yerləri var.
Hansı ağıllı deyib ki, hər bir xalq öz hökumətinə layiqdir? Korea xalqı hansı hökumətə layiqdir – güneydəkinə, yoxsa qüzeydəkinə?
Çingiz Sultansoy
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru