Türkiyə və Azərbaycan Rusiyanın ermənipərəst siyasi oriyentasiyasını dəyişə bildi

16-11-2023, 10:44           
Türkiyə və Azərbaycan Rusiyanın ermənipərəst siyasi oriyentasiyasını dəyişə bildi
Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)çıxacağını bildirib. Əslində Ermənistan Rusiyanın dominant olduğu o təşkilatdan çoxdan ayrılıb. Sadəcə bu faktı rəsmiləşdirmək qalıb...
Şübhəsiz ki, Ermənistanın KTMT-dən getməsi Azərbaycanın xeyrinədir. Ermənistan çıxılmaz vəziyyətdədir. Nikol Paşinyan erməni hiyləgərliyinə xas olan bir tərzdə istəyirdi ki, Rusiyanı Azərbaycana qarşı qaldırsın. Azərbaycanda da Rusiyaya qarşı çağırışlar səslənirdi. Xüsusən bizim müxalifət iddia edir ki, Azərbaycan Qərbə üz tutmalıdır. Rusiya Azərbaycana düşmən ölkədir. İqtidar adından qərar verənlər zamanında bu kimi çağırışlara qulaq assaydılar, Azərbaycan indi təxminən Ukrayna kimi Rusiya ilə müharibə aparırdı. Bütün ölkə də xarabaxanaya dönmüşdü. Bəli, Rusiya 200 ildən çoxdur ki, ermənilərə dəstək verir. Məhz Rusiya Azərbaycan torpaqlarında qondarma Ermənistan dövləti yaradıb. Ancaq bu və ya digər olaylar dövlətlərin maraqlarını da dəyişir. Türkiyə və Azərbaycan Rusiyanın ermənipərəst siyasi oriyentasiyasını dəyişə bildi. Belə işlər ağılla olur, emosional yanaşma ilə belə möhtəşəm nəticələrə varmaq mümkün deyil...
Elbeyi Hesenli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.