Lavrov: 500 ildən artıqdır ki, Qərb dünyanın qalan hissəsi üçün qərarlar verir

16-11-2023, 12:53           
Lavrov: 500 ildən artıqdır ki, Qərb dünyanın qalan hissəsi üçün qərarlar verir
Hazırda birqütblü dünya çoxqütblülüklə əvəz olunur. Bu gün iqtisadi artımın, siyasi təsirin, hərbi və maliyyə gücünün yeni mərkəzləri yaranır.
Qərbin 500 ildən artıqdır ki, dünyanın qalan hissəsinin taleyini həll etdiyi dövr başa çatır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, hazırda birqütblü dünya çoxqütblülüklə əvəz olunur. Bu gün iqtisadi artımın, siyasi təsirin, hərbi və maliyyə gücünün yeni mərkəzləri yaranır. Belə mərkəzlər arasında Lavrov Çin, Hindistan, İran, Fars körfəzi ölkələri və Latın Amerikası dövlətlərinin adını çəkib.
"Avrasiya qitəsi, xüsusən də onun Asiya hissəsi dünya iqtisadiyyatının inkişaf mərkəzinə çevrilir", - deyə Rusiya XİN rəhbəri "RT"yə müsahibəsində vurğulayıb.
Bundan əvvəl nazir, həmçinin qeyd edib ki, dünyanın yeni qlobal arxitekturası bir hegemona tabe olmayacaq. Onun sözlərinə görə, bu, həqiqətən demokratik və ədalətli olacaq.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.