O`Brayen: “ABŞ Türkiyəyə verilən silahların Azərbaycana qanunsuz göndərilməsini, istifadəsini görməyib”

16-11-2023, 11:38           
O`Brayen: “ABŞ Türkiyəyə verilən silahların Azərbaycana qanunsuz göndərilməsini, istifadəsini görməyib”
“ABŞ Türkiyəyə satdığı və ya Türkiyənin ABŞ-dən əldə etdiyi silahların Azərbaycana qanunsuz göndərilməsini, bu silahların Azərbaycan tərəfindən istifadə edildiyini görməyib”.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Xarici İşlər Komitəsində keçirilən dinləmədə bildirib.

Nümayəndələr palatasının üzvü Dina Titus daha əvvəlki əməliyyatlar zamanı F-16 qırıcılarının Türkiyə tərəfindən Azərbaycanda istifadəsinənə dair xəbərlər gördüyünü və bunun nə qədər doğru olduğunu soruşub.

Ceyms O`Brayen NATO müttəfiqi olan Türkiyə ilə bu sahədə əlaqələrin çox şəffaf olduğunu və heç bir qanunsuz göndəriş əlamətini görmədiyini bildirib.
“Bizim ehtiyatlı son istifadəçi təlimatlarımız və monitorinqimiz var. Mən heç vaxt qanunsuz göndərilmə əlaməti görməmişəm. Praktiki olaraq biz bu məsələdə çox ehtiyatlıyıq. Xüsusilə də NATO müttəfiqi olan Türkiyə ilə bu əlaqələr çox şəffafdır...

Mən (F-16 - qırıcılarının daha əvvəlki əməliyyatlarda istifadəsi ilə) tanış deyiləm, heç vaxt eşitməmişəm”, – O`Brayen deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.