Şarl Mişel bu tarixdə prezident kürsüsü ilə VİDALAŞIR

7-01-2024, 12:25           
Şarl Mişel bu tarixdə prezident kürsüsü ilə VİDALAŞIR
Avropa Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə (AP) seçkilərdə iştirak edəcəyini və vəzifəsini vaxtından əvvəl tərk edəcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Mişelin mandatı 2024-cü ilin noyabr ayının sonunda başa çatır, lakin o, yayda vəzifəsini tərk etmək qərarına gəlib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri vəzifəsi Avropa Parlamenti üzvünün işi ilə birləşdirilə bilməz, ona görə də o, Avropa Parlamentinin yeni çağırış deputatlarının and içdiyi tarixə, iyulun 16-dək istefa verəcək.

Bundan əvvəl Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen 2024-cü ili demokratiya üçün əsas il hesab edib. AK rəhbəri xatırladıb ki, bu il ABŞ-da prezident və Avropa Parlamentinə seçkilər keçiriləcək.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru