Ruslar niyə kütləvi şəkildə pullarını nağdlaşdırırlar?.. - NƏ BAŞ VERİR?

7-01-2024, 11:18           
Ruslar niyə kütləvi şəkildə pullarını nağdlaşdırırlar?.. - NƏ BAŞ VERİR?
2023-cü ilin sonuna qədər Rusiya əhalisi tərəfindən nağd pul çıxarılmasının artımı təxminən 2 trilyon rubl təşkil edib.

Moderator.az xəbər verir ki, bu barədə "RBK" Rusiya Federasiyası Mərkəzi Bankının məlumatlarına istinadla yazır.

Müvafiq olaraq Rusiyada dövriyyədə olan nağd pulun həcmi 2023-cü ilin sonuna kimi 18 trilyon rublu keçəcək.

Statistikada Mərkəzi Bankdan kənar bütün nağd pul vəsaitləri, o cümlədən kommersiya banklarının kassalarında olan qalıqlar öz əksini tapsa da, vəsaitlərin əsas hissəsi əhalinin əlindədir.

2023-cü ilin birinci yarısında Rusiyada dövriyyədə olan nağd pulun rekord artım templəri qeydə alınıb. Yalnız ilin birinci yarısında əhalinin əlindəki nağd pul qalıqları təxminən 1,5 trilyon rubl, yanvar-avqust aylarında isə 2 trilyon rubldan çox artıb.

İyunun sonunda "Vaqner" qrupunun hərbi çevriliş cəhdi ilə bağlı qeyri-müəyyənlik kimi hadisələr fonunda nağd pula tələb artıb. Lakin artıq bu ilin sentyabrında tendensiya dəyişib. Payızın bütün üç ayında dövriyyədə olan nağd pulun həcmində azalma müşahidə olunub və ümumilikdə 446,9 milyard rubl təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.