Sevinməyin, Fransa bu ərazini Türkiyəyə verdi – Ambaryan

22-01-2024, 12:34           
Sevinməyin, Fransa bu ərazini Türkiyəyə verdi – Ambaryan
Fransa Prezidenti Emmanuel Makronun "Ermənistanla bağlı tarixi qərar verildi" açıqlamasına sevinənlər unutmasınlar ki, 1921-ci il oktyabrın 20-də Kilikiyanı Türkiyə nəzarətinə verən Fransa olub.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qagik Ambaryan yazıb.

"NATO üzvü olan Fransa və Türkiyə Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcək. Fransa ermənipərəst bəyanatlardan başqa bizim üçün heç nə etməyib. Deməyib ki, rusları Ermənistandan çıxarın, gəlib etibarlı tərəfdaş və təhlükəsizliyin təminatçısı kimi onları əvəz edəcəyik.

Vaşinqton, Paris, Moskva, Tehran və güvəndiyimiz digər paytaxtlar nəinki problemlərimizi həll etməyəcək, həm də bizim hesabımıza türklərlə münasibətlərini yaxşılaşdıracaqlar", - Ambaryan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru